Bayden niyə Ərdoğanla danışmayıb? - Ağ Ev AÇIQLADI
Bizi izləyin

ABŞ

Bayden niyə Ərdoğanla danışmayıb? - Ağ Ev AÇIQLADI

Ağ Evin sözcüsü ABŞ Prezidenti Co Baydenin niyə hələ də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vurmadığı sualına cavab verib.

Publika.az "Haberler"ə istinadla xəbər verir ki, Ağ Evin sözcüsü Cen Psaki jurnalistlərə açıqlamasında Baydenin hələ də bir çox dünya liderinə zəng etməli olduğunu söyləyib: "Bayden önümüzdəki həftə və aylarda bu telefon görüşlərini həyata keçirəcək. Ərdoğan ilə də danışacağından əminəm".

Digər tərəfdən, Bayden və Ərdoğan arasındakı telefon görüşünün tarixi ilə bağlı heç bir məlumat verilməyib.

Adətən ABŞ-da prezidentlər dəyişəndən sonra Türkiyə, ilk telefon zəngi edilən ölkələr arasında yer alır. Lakin Baydenin vəzifəsinə başlamasından təxminən 50 gün keçməsinə rəğmən, Ərdoğan ilə danışıq olmayıb.

Xatırladaq ki, Ərdoğan ABŞ-da keçirilən prezident seçkisində qalib gələn Baydenə təbrik mesajı göndərmişdi: "İnanıram ki, indiyədək ölkələrimiz arasındakı güclü əməkdaşlıq və müttəfiqlik gələcəkdə də dünya sülhünə mühüm töhfələr verməyə davam edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm