• USD 1,7000 0,00% EUR 2,0215 +0,00%
    • GBP 2,3347 +0,29% RUB 0,0220 +0,45%

ABŞ Rusiyaya hücuma hazırlaşır: Putin, kəşfiyyat və ordu...

  • ABŞ
  • 9 Mart 2021 12:58
  • 650 Baxış
ABŞ Rusiyaya hücuma hazırlaşır: Putin, kəşfiyyat və ordu...

ABŞ Rusiyaya qarşı kiber-hücuma hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

İddiaya görə, Cozef Bayden hökuməti Rusiyanın "Solar Winds" kiber-hücumlarına qarşıdakı həftələrdə bir sıra kiber-hücum və iqtisadi sanksiyalarla cavab verməyə hazırlaşır.

Rusiya Prezidenti Vladimir Putinə, Rusiya ordusu və kəşfiyyat xidmətinə qarşı bir sıra gizli əməliyyatları ehtiva edən ilk böyük hücum addımının qarşıdakı ilk 3 həftə ərzində gələcəyi iddialar arasında yer alıb.

Bu addımı, eyni zamanda, bir sıra iqtisadi sanksiyalar müşayiət edəcək. C.Baydenin federal hökumət şəbəkələrinin kiber-hücumlara qarşı sağlamlaşdırılmasına dair təlimat verməsi gözlənilir.

Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Ceyk Sullivanın Pentaqona ötürdüyü gizli təlimatlar arasında kiber-təhlükəsizlik mövzusunun da yer aldığı bildirilir.

Qeyd edək ki, ötən həftə ABŞ-dakı “Microsoft” şirkətinin 30 min müştərisinin şəxsi bilgilərinin oğurlanması təhlükəsi olduğu və bunun Çin hakerləri tərəfindən həyata keçirildiyinə dair xəbər yayılmışdı.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR