Bayden Trampın Çinlə bağlı qərarlarına göz gəzdirəcək
Bizi izləyin

ABŞ

Bayden Trampın Çinlə bağlı qərarlarına göz gəzdirəcək

ABŞ-ın yeni rəhbərliyi əvvəlki prezident Donald Trampın Çin ilə ticari və iqtisadi əlaqələrə dair verdiyi bəzi qərarları yenidən nəzərdən keçirəcək.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

“İqtisadiyyat, ticarət, texnologiya mövzusunda tərəfdaşlarımıza (Çinli tərəfdaşlar – Red) Konqresin müttəfiqləri və tərəfdaşları ilə sıx məsləhətləşmə aparacağımızı söylədik. Və bu məsələlərdə işçi qüvvəmizin mənafeyini tam qoruyan və təşviq edəcək şəkildə irəliləyəcəyik”-deyə, diplomat bildirib.

Qeyd edək ki, Ankoricdə (Alyaska ştatı) Amerika administrasiyasının dəyişməsindən sonra Çin Xalq Respublikası və ABŞ arasında ilk danışıqlar aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm