ABŞ Konqresinin qarşısında silahlı insident - ÖLƏNLƏR VAR
Bizi izləyin

ABŞ

ABŞ Konqresinin qarşısında silahlı insident - ÖLƏNLƏR VAR

ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Konqres binasının qarşısında avtomobilini nəzarət-buraxılış məntəqəsinə çırpan sürücü öldürülüb.

Publika.az CNN-ə istinadən xəbər verir ki, 25 yaşlı Noah Qrin avtomobili tərk edərək ərazidə xidmət aparan polis əməkdaşlarına bıçaqla hücum edib. O, bundan sonra güllələnib.

Hadisə zamanı xəsarət almış polis əməkdaşları xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb.

Artıq hadisəbni törəən şəxsin kimliyi açıqlanıb. ABŞ dövlət qurumarının olayla bağlı geniş açıqlama verəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm