ABŞ-ın müdafiә naziri Avropa turnesinə çıxır
Bizi izləyin

ABŞ

ABŞ-ın müdafiә naziri Avropa turnesinə çıxır

Amerika Birlәşmiş Ştatlarının müdafiә naziri Loyd Austin hökumәt vә hәrbi rәsmilәr ilә görüşmәk üçün İsrail, Almaniya, İngiltәrә vә Belçikaya sәfәr edәcәk.

Publika.az xəbər verir ki, o, ilk sәfәrini aprelin 10-da hәyata keçirәcәk.

Loyd Austin İsrail Baş naziri Binyamin Netanyahu vә müdafiә naziri Benni Qantz ilә görüşәcәk.

Almaniyada isә müdafiә naziri Anneqret Kramp-Karrenbauer vә ölkәnin kanslerinin xarici әlaqәlәr vә müdafiә siyasәti üzrә müşaviri Cen Heker ilә bir araya gәlәcәk.

ABŞ müdafiә nazirinin Almaniyadan sonra Belçikanın paytaxtı Brüsselә sәfәr edәcәyi bildirilib. Loyd Austin Brüsselә etdiyi sәfәr çәrçivәsindә NATO-nun Baş katib Yens Stoltenberq ilә görüşәcәk. Mәlumata görә, görüş NATO-nun mәnzil qәrargahında baş tutacaq.

L.Austinin son dayanacağı isә İngiltәrә olacaq. O, burada ölkәnin müdafiә naziri Ben Vallas ilә görüşәcәk.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm