ABŞ Rusiyanın 10 diplomatını ölkədən qovur
Bizi izləyin

ABŞ

ABŞ Rusiyanın 10 diplomatını ölkədən qovur

ABŞ 10 rusiyalı diplomatı ölkədən qovacaq.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi öz mənbələrinə istinadən yayıb. Məlumata görə, diplomatlar ABŞ-dan seçkiyə müdaxilə və “SolarWinds”ə kiberhücumda (ABŞ dövlət müəssisələrinə kiberhücum - red.) ittiham edilərək qovulacaqlar.

Bundan başqa, ABŞ Rusiyanın 12 vətəndaşı və 20 təşkilatına sanksiya tətbiq edəcək. Vaşinqtonun sanksiyaları bu gün elan edəcəyi gözlənir.

Sanksiyaların tətbiq ediləcəyi şəxslər arasında vəzifəli şəxslər və kəşfiyyat nümayəndələrinin də olacağı vurğulanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm