• USD 1,7000 0,00% EUR 2,0439 -0,15%
    • GBP 2,3648 +0,22% RUB 0,0227 +0,44%

ABŞ-ın keçmiş vitse-prezidenti vəfat etdi

  • ABŞ
  • 20 Aprel 2021 08:12
ABŞ-ın keçmiş vitse-prezidenti vəfat etdi

ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin hakimiyyətdə olduğu illərdə ölkənin vitse-prezidenti vəzifəsini icra etmiş Uolter Mondeyl vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə onun ailəsinin nümayəndəsinə istinadən “Axios” portalı bildirib.

Məlumata görə, Uolter Mondeyl həyatının 93-cü ilində dünyasını dəyişib.

Siyasətçinin ölüm səbəbi açıqlanmır.

Mondeyl 1928-ci ildə Minnesoteda doğulub. O, ABŞ-ın Demokratlar Partiyasının üzvü olub. Mondeyl 1977-ci ildən 1981-ci ilə qədər Karter administrasiyasında vitse-prezident postunu tutub. Bununla yanaşı, 1993-cü ildən 1996-cı ilə qədər ABŞ-ın Yaponiyadakı səfiri olub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
1xBet