SON DƏQİQƏ: Bayden “erməni soyqırımı”nı tanıdı
Bizi izləyin

ABŞ

SON DƏQİQƏ: Bayden “erməni soyqırımı”nı tanıdı

ABŞ Prezidenti Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırımı” sözünü işlədib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Ermənistan və erməni lobbisinin iddiasına əsasən, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırımı" törədib.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə tarixində ermənilərə qarşı heç bir soyqırım olmayıb. 1915-ci il hadisələrinin araşdırılmasına ehtiyac var.

Türkiyə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm