ABŞ-da ATIŞMA: 9 nəfər həlak oldu
Bizi izləyin

ABŞ

ABŞ-da ATIŞMA: 9 nəfər həlak oldu

ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərində atışma nəticəsində şübhəli də daxil olmaqla, doqquz nəfər həlak olub.

Publika.az Amerika KİV-lərinə istinadla xəbər verir ki, yerli polisin nümayəndəsi Rassel Devisin sözlərinə görə, həmçinin çox sayda yaralananlar var.

Hadisə cərşənbə günü səhər saatlarında şəhər mərkəzindəki deponun ərazisində baş verib. Atəş VTA dəmiryol kompaniyasının işçisi tərəfindən açılıb. Güc strukturundakı mənbə LATimes qəzetinə bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs evinə od vuraraq VTA həmkarlar ittifaqının üzvləri ilə görüşməyə gedib və orada toplaşanları atəşə tutub.

Təhqiqatın gedişinin Ağ Ev administrasiyasında izlənildiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm