Çin buna görə 10 trilyon dollar ödəməli və... - Trampdan SƏRT ÇIXIŞ
Bizi izləyin

ABŞ

Çin buna görə 10 trilyon dollar ödəməli və... - Trampdan SƏRT ÇIXIŞ

"Çin digər ölkələrə koronavirus pandemiyası üçün azı 10 trilyon dollar təzminat ödəməlidir".

Publika.az xəbər verir ki, bunu keçmiş ABŞ prezidenti Donald Tramp Şimali Karolina Respublikaçılarının qurultayında deyib.

D.Tramp bildirib ki, Amerikanın və bütün dünyanın Çindən təzminat və məsuliyyət tələb etməsinin zamanı gəlib: "Biz yekdilliklə Çinin təzminat ödəməli olduğunu elan etməliyik. Əminik ki, ÇXR koronavirus infeksiyasının yayılmasında məsuliyyət daşıyır. Pekin isə razılaşmır və pandemiyanın öhdəsindən digər ölkələrə nisbətən daha yaxşı gəldiklərini iddia edir. Bundan əlavə, Çin mallarına 100 faizlik rüsum tətbiq etməyə çalışır", - Tramp bildirib.

Qeyd edək ki, Çin-in Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian dəfələrlə yeni növ koronavirusun hansısa bir laboratoriyadan yaradıldığına dair dəlilin olmadığını vurğulayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə COVID-19-un mənşəyinin əsas versiyasının heyvanlardan keçmə olduğunu bildirib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm