Tramp Baydenə SÖZ ATDI: "Putinlə toplantı zamanı yatma"
Bizi izləyin

ABŞ

Tramp Baydenə SÖZ ATDI: "Putinlə toplantı zamanı yatma"

ABŞ-ın sabiq prezidenti Donald Tramp hazırki dövlət başçısı Co Baydenə növbəti dəfə mesaj göndərib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, Tramp, 16 iyunda Cenevrədə Rusiya dövlət başçısı ilə görüşəcək Baydenə uğurlar diləyib. Amma xələfinə söz də atıb: "Bayden, toplantı zamanı yuxuya getmə və Putinə ən səmimi diləklərimi çatdır".

Tramp prezidentliyi dövründə Helsinkidə Putinlə çox məhsuldar bir görüş keçirdiyini söyləyib: "Gecikmiş yalançı mətbuat toplantını kiçik formada təqdim etdi. Amma ABŞ bu toplantıda Putinin və Rusiyanın hörməti də daxil olmaqla bir çox şey qazandı".

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm