Ağ Ev: Ukraynaya hərbi yardım dayandırılmayacaq
Bizi izləyin

ABŞ

Ağ Ev: Ukraynaya hərbi yardım dayandırılmayacaq

Ukraynaya hərbi yardımın dayandırılacağı cəfəngiyyatdır.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

“Bizim Ukraynaya təhlükəsizlik sferasında yardımı dayandırmağımız fikri cəfəngiyyatdır” – deyə o bildirib.

O həmçinin Vaşinqtonun Kiyevə Putin Bayden görüşü ərəfəsində təhlükəsizlik sferasında 150 milyon dollarlıq yardım paketini təqdim etdiyini söyləyib.

Qeyd edək ki, ötən gün "Politika" nəşri ABŞ-ın Ukraynaya 100 milyon dollarlıq hərbi yardım paketini müvəqqəti olaraq dayandırdığı barədə məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm