Amerikanı geri alacağıq - Trampdan İDDİALI SÖZLƏR
Bizi izləyin

ABŞ

Amerikanı geri alacağıq - Trampdan İDDİALI SÖZLƏR

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evdən ayrıldıqdan sonra təşkil etdiyi ilk toplantıda son seçkilərdə səslərin sayılması ilə bağlı iddialarını səsləndirib, hazırkı prezident Co Baydeni və Demokrat Partiyasının siyasətini tənqid edib.

Publika.az xəbər verir ki, Ohayo ştatının Vellinqton şəhərində minlərlə insana səslənən Tramp 2020-ci il noyabr seçkilərindəki məğlubiyyətinə səslərin saxta hesablanmasının səbəb olduğu ilə bağlı iddialarını bir daha təkrarlayıb: "Seçkilərdə iki dəfə qalib gəldik və üçüncü dəfə qazanmaq məcburiyyətində qala bilərik. Bu, mümkündür".

Eks-prezident çıxışında ölkənin cənub sərhədini keçərək ABŞ-a gələn miqrant sayının artmasına diqqət çəkib: "Ölkəmizə milyonlarla insan gəlir. Onların kim olduqları barədə heç bir fikrimiz yoxdur. Co Bayden etdiyimizin əksini edir".

Tramp Baydeni Çinə təslim olmaqda günahlandırıb və onun performansını dünya arenasında utancverici adlandırıb.

Donald Tramp yenidən namizəd olub-olmayacağı ilə bağlı açıqlama verməyib. O, nitqində Respublikaçılar Partiyasının ABŞ Senatında və Nümayəndələr Palatasında səs çoxluğunu yenidən təmin edəcəyinə dair ifadələr işlədib:

"Məclisi, Senatı və Amerikanı geri alacağıq. Bunu tezliklə edəcəyik".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm