ABŞ Prezidenti Benneti qəbul edəcək
Bizi izləyin

ABŞ

ABŞ Prezidenti Benneti qəbul edəcək

ABŞ Prezidenti Co Bayden tezliklə İsrailin yeni Baş naziri Naftali Benneti qəbul edəcək.

Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

"Prezident Baş nazir Benneti tezliklə qəbul etmək imkanını gözləyir. Biz görüşün tarixi üzərində işləyirik", - Psaki deyib.

Qeyd edək ki, iyunun 13-də Knesset Bennettin yaxın iki il ərzində rəhbərlik edəcəyi yeni İsrail hökumətinə etimad göstərilməsinə səs verib. Elə həmin gün Bayden yeni baş nazirə telefonla zəng edərək, onu təbrik edib. Ağ Ev rəhbəri ABŞ-ın İsrailin ən yaxşı dostu olduğunu xatırladıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm