Pentaqon ABŞ bazasının atəşə tutulmasını təkzib etdi
Bizi izləyin

ABŞ

Pentaqon ABŞ bazasının atəşə tutulmasını təkzib etdi

Pentaqon Suriyada ABŞ-ın hərbi bazasının raket atəşinə tutulması məlumatını təkzib edib.

Publika.az-ın məlumatına görə, bu barəfə ABŞ-ın başçılıq etdiyi beynəlxalq antiterror koalisiyanın nümayəndəsi, polkovnik Ueyn Marotto bildirib.

“ABŞ-ın Suriyadakı qüvvələrinin raket hücumuna məruz qaldıqları barədə məlumatlar həqiqətə uyğun deyil” - Marotto "Twitter" səhifəsində yazıb.

Daha əvvəl Al Arabiya telekanalı Suriyanın şimal-şərqində Deyr əz-Zor əyalətindəki “Əl Ömər” neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasının raket atəşinə tutulması və baza ərazisinə ən azı iki raketin düşdüyü barədə xəbər yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm