ABŞ diplomatlarının müəmmalı xəstəliyi: Mərkəzi Kəşfiyyat İdarəsi HƏRƏKƏTƏ KEÇDİ
Bizi izləyin

ABŞ

ABŞ diplomatlarının müəmmalı xəstəliyi: Mərkəzi Kəşfiyyat İdarəsi HƏRƏKƏTƏ KEÇDİ

ABŞ rəhbərliyi Avstriyanın paytaxtı Vyanada amerikalı diplomatların müəmmalı xəstəliyini araşdırmağa başlayıb.

Publika.az xəbər verir ki, səlahiyyətli orqanlar 20-dən çox diplomatın səhhətlərində yaranan pro təhlil edib.

Mütəxəssislər diplomatların səhhətindəki smtomların 2016-2017-ci illərdə Kubadakı ABŞ diplomatları və agentləri tərəfindən bildirilən simptomlara bənzədiyini bildiriblər.

Əlamətlərin hansı səbəbdən qaynaqlandığı isə hələ müəyyənləşdirilməyib. Məsələ ABŞ Dövlət Departamenti, Pentaqon və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) həkim qrupları tərəfindən nəzarətə götürülüb.

ABŞ Dövlət Departamenti bildirib ki, ölkənin Vyanadakı səfirliyində diplomatların səhhətindəki problemlərin səbəbi hələlik bəlli deyil və bu, ciddi araşdırılır.

Bəziləri beyin zədələnməsinə də səbəb olduğu düşünülən narahatlıqların mikrodalğa və ya radio dalğalarla həyata keçirilən hücumdan qaynaqlandığını düşünürlər. Ancaq illərdir aparılan araşdırmalar, bu hadisələrin arxasında nəyin və ya kimlərin olmasının, hücum olub-olmadığının bilinmədiyini ortaya qoyur.

Vyanadakı hadisələr ilk olaraq ötən gün "The New Yorker" dərgisi yayımlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm