ABŞ-ın İraqdakı döyüş missiyası nə vaxt tamamlanır? - Bayden AÇIQLADI
Bizi izləyin

ABŞ

ABŞ-ın İraqdakı döyüş missiyası nə vaxt tamamlanır? - Bayden AÇIQLADI

ABŞ İraq ərazisindəki döyüş missiyasının 2021-ci ilin sonuna qədər tamamlanacağını deyib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden İraq Baş naziri Mustafa əl-Qadimi ilə görüşü zamanı deyib.

C.Bayden qeyd edib: "İlin sonuna qədər artıq İraqda döyüş missiyanı yerinə yetirməyəcəyik".

Onun sözlərinə görə, ABŞ İraqdakı rolu İŞİD-lə mübarizədə hazırlıqlara, kömək etməyə davam etməkdən ibarət olacaq".

Tərəflər Ağ Evdəki danışıqlar zamanı müvafiq qərara gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm