ABŞ-dan diqqətçəkən peyvənd qərarı: sentyabra qədər...
Bizi izləyin

ABŞ

ABŞ-dan diqqətçəkən peyvənd qərarı: sentyabra qədər...

ABŞ-ın Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamaya görə, ən gec sentyabra qədər Birləşmiş Ştatlar ordusunda qulluq edən hərbçilər koronavirusa qarşı peyvəndlənəcək.

Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, Pentaqon vaksinasiyanın məcburi olacağını açıqlayıb. Müdafiə naziri LIoyd Austin Pentaqonun qəbul etdiyi qərarı təsdiqləmək üçün prezident Co Baydenə göndərdiyini bəyan edib. Co Bayden də nazir Austinin bu istiqamətdəki tədbirlərinin yanında olduğunu bildirib.

Müdafiə naziri Hindistan ştammını daha qorxulu adlandırıb və lazım gələrsə daha tez hərəkətə keçəcəklərini vurğulayıb.

Nazir bu vaxta qədər ordu personalının 70 faizə yaxın hissəsinin peyvənd olunduğunu söyləyib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm