Tramp GERİ DÖNÜR: Sizi sevindirəcəm...
Bizi izləyin

ABŞ

Tramp GERİ DÖNÜR: Sizi sevindirəcəm...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il kampaniyası ilə bağlı planlarını açıqlamamalı olduğunu, ancaq amerikalıları sevindirəcəklərini söyləyib.

Publika.az TASS-a istinadla xəbər verir ki, eks-prezident bu barədə "Fox News"a müsahibəsində bildirib.

"Fəaliyyətin maliyyələşdirilməsi qanunları mürəkkəb və inanılmaz dərəcədə axmaq olduğu üçün bu suala cavab verə bilmərəm. Ancaq bunu belə deyim: xoşbəxt olacaqsınız, bir çox dostumuz xoşbəxt olacaq", - deyə Tramp bildirib

O, bu suala birbaşa cavab verməyin onun üçün çətin olacağını söyləyib:

"İnsanlar, xoşbəxt olacaqsınız, çünki bu ölkəni sevirəm və baş verənləri seyr etməkdən nifrət edirəm"

Qeyd edə ki, Trampdan qarşıdakı seçkilərlə bağlı planları barədə dəfələrlə soruşulub və o, heç vaxt dəqiq cavab verməyib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm