Ancelina Coli əfqanlara görə belə addım atdı: Hərçənd bəziləri hesab edirlər ki...
Bizi izləyin

ABŞ

Ancelina Coli əfqanlara görə belə addım atdı: Hərçənd bəziləri hesab edirlər ki...

Məşhur amerikalı aktrisa və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Xüsusi elçisi Ancelina Coli əfqanların hekayələrini bölüşmək üçün "Instagram"da qeydiyyatdan keçib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Hazırda Əfqanıstan xalqı sosial mediada sərbəst ünsiyyət qurmaq və fikirlərini ifadə etmək hüquqlarını itirir. "Instagram"da hekayələrini və dünyada əsas insan hüquqları uğrunda mübarizə aparan insanların səslərini paylaşmaq üçün gəldim", - aktrisa səhifəsində cümə günü paylaşdığı ilk postun altına yazıb.

A.Coli sözü gedən səhifədə radikal "Taliban" hərəkatının hakimiyyətə gəlişi ilə əlaqədar cəmiyyətin həyatındakı dəyişikliklərdən bəhs edən bir əfqan yeniyetmə qızının məktubunu yerləşdirib.

Qızın sözlərinə görə, əvvəllər qadınlar öz hüquqlarını açıq şəkildə müdafiə edə, işləyə və öyrənə bilirdilər:

"İndi isə cəmiyyətdə qorxu hiss olunur, hərçənd bəziləri hesab edirlər ki, "taliblər" dəyişib. Biz hesab edirik ki, bizim hüquqlarımız pozulur".

Xüsusi elçi hər kəsi Əfqanıstan xalqına mümkün olan dəstəyi və yardımı göstərməyə çağırıb.

Sosial şəbəkədə Colinin hesabına artıq 3,7 milyon nəfər abunə olub.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm