Bayden Luiziana ştatını təbii fəlakət zonası elan etdi
Bizi izləyin

ABŞ

Bayden Luiziana ştatını təbii fəlakət zonası elan etdi

ABŞ Prezidenti Co Bayden "İda" qasırğası səbəbiylə əmr imzalayıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sənədə görə, Amerika lideri Luizianada böyük təbii fəlakətin baş verdiyini elan edib və "İda" qasırğasından zərər çəkmiş ərazilərdə yenidənqurma işləri üçün yerli hakimiyyət orqanlarına federal yardım göstərilməsini əmr edib.

"Yardım, müvəqqəti yaşayış və ev təmiri üçün qrantlar, sığortalanmamış əmlaka dəyən ziyanı ödəmək üçün aşağı faizli kreditlər və bir şəxsə və sahibkarlara fəlakətin təsirindən qurtulmağa kömək edəcək digər proqramları əhatə edə bilər", - Ağ Ev əlavə edib.

Bazar günü daha əvvəl Atlantik okeanında meydana gələn "İda" qasırğası Luiziana körfəz sahilinə çatıb. Bu səbəbdən, bir milyona yaxın istehlakçı artıq elektrik enerjisiz qalıb .

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm