ABŞ
ABŞ Baydeni xilas edən Məhəmmədi Əfqanıstanda UNUTDU
ABŞ 2008-ci ildə qar fırtınası zamanı helikopteri Əfqanıstan vadisinə enmək məcburiyyətində qalan ABŞ senatorları Co Bayden, Con Kerri və Çak Heyqelin xilas olunmasında köməklik göstərən tərcüməçi Məhəmmədi Əfqanıstandan çıxarmayıb.
Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti yazıb.
Qəzetin yazdığına görə, 2008-ci ildə ekipaj kömək üçün həyəcan siqnalı verib. 82-ci ABŞ Hava-Desant Diviziyasının sürətli reaksiya qüvvəsi ilə birlikdə senatorları xilas etməyə Məhəmməd də gedib.
“Salam, cənab prezident. Məni və ailəmi xilas edin. Məni burada buraxmayın”, - deyə qəzet Məhəmmədin ABŞ prezidenti Co Baydenə müraciətindən sitat gətirib.
Qəzetin yazdığına görə, Məhəmməd dörd uşağı ilə birgə “Taliban”dan gizlənir və onun Əfqanıstandan çıxmaq üçün uzun illər göstərdiyi cəhdlər bürokratik əngəllər səbəbindən uğursuz alınıb. Nəşr yazır ki, Kabil “Taliban” tərəfindən ələ keçirildikdən sonra Məhəmməd Kabil hava limanının qapılarına gedib, ancaq ABŞ ordusu onu həyat yoldaşı və uşaqları olmadan, tək halda təxliyə etməyə razılıq verib. (Virtual)
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...