Blinkendən KRİTİK AÇIQLAMA: Əfqanıstanda ilişib qalmaq və sonsuza qədər...
Bizi izləyin

ABŞ

Blinkendən KRİTİK AÇIQLAMA: Əfqanıstanda ilişib qalmaq və sonsuza qədər...

"ABŞ hərbi qüvvələrinin Əfqanıstanda daha uzun müddət qalması bu ölkənin təhlükəsizliyini gücləndirməyə imkan verməyəcək".

Publika.az TASS-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə ABŞ dövlət katibi Entoni Blinken söyləyib.

"Davam edən varlığımızın Əfqanıstan təhlükəsizlik qüvvələrini, səlahiyyətlilərini daha sabit və ya öz-özünə təmin edə biləcəyinə dair heç bir dəlil yoxdur. Fərq edəcəkmi?" - o qeyd edib.

Blinkenin sözlərinə görə, ABŞ qüvvələrini ölkədən çıxarmasaydı Taliban radikal hərəkatının silahlıları tərəfindən Amerika ordusuna qarşı hücumlar yenidən başlayacaqdı:

"Bu, bizi qorumaq və Talibanın nəzarəti ələ almasını əngəlləmək üçün Əfqanıstana xeyli böyük bir ABŞ qüvvəsi göndərilməsini tələb edərdi. Ən yaxşı halda yenidən Əfqanıstanda ilişib qalmaq və sonsuza qədər atəş altında dayanmaq ehtimalı ilə itkilər verəcəydik".

ABŞ Dövlət Katibi deyib ki, Rusiya Federasiyası, Çin, İran və KXDR ABŞ-ın Əfqanıstanda daha on il qalacağını düşünürdü.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm