Ərdoğanın ABŞ-a səfəri başladı
Bizi izləyin

Region

Ərdoğanın ABŞ-a səfəri başladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib.

Publika.az xəbər verir ki, Con Kennedy adına hava limanında Türkiyə liderini ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Vaşinqtondakı səfiri Həsən Murat Mercan və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyə dövlət başçısını səfərdə Milli Müdafiə naziri Hulusi Akar, Ticarət naziri Mehmet Muş, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy və Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyədəki sədr müavini Binəli Yıldırım müşayiət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm