• USD 1,7000 0,00% EUR 1,9689 -0,24%
    • GBP 2,3344 +0,32% RUB 0,0239 +0,42%

Ərdoğan Baydenlə görüşəcək: masada nələr var?

  • ABŞ
  • 28 Sentyabr 2021 22:12
Ərdoğan Baydenlə görüşəcək: masada nələr var?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşəcək.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, görüş oktyabrın sonunda Romada keçiriləcək G-20 Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində reallaşacaq.

Görüşdə iki ölkə arasında münasibətlər, həmçinin Suriya və Əfqanıstandakı son vəziyyət müzakirə olunacaq. Vaşinqton Administrasiyasının YPG/PKK terror təşkilatına silah dəstəyindən yaranan narahatlıq bir daha vurğulanacaq.

Xatırladaq ki, prezidentlər sonuncu dəfə iyunun 14-də Belçikada keçirilən NATO liderlərinin sammitində görüşüblər.

Bu görüş Ərdoğanla Bayden arasında üz-üzə keçirilən ilk görüş idi.

Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR