Tramp: "ABŞ gülüş obyektinə çevrilib"
Bizi izləyin

ABŞ

Tramp: "ABŞ gülüş obyektinə çevrilib"

ABŞ demokratların hakimiyyətə gəlməsindən sonra dünya ictimaiyyəti üçün gülüş obyektinə çevrilib.

Publika.az xəbər verir ki, bunu keçmiş ABŞ Prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: "Bizim ölkəmiz bütün dünyada gülüş obyektidir və artıq möhtəşəm bir ölkə deyil".

Keçmiş prezident həmçinin tərəfdarları ilə birlikdə "Amerikanı yenidən möhtəşəm edəcəyinə" söz verdi.

D.Tramp ABŞ-ın əsas problemləri kimi cənub sərhədindəki miqrantlarla bağlı vəziyyəti, ölkənin hərbi gücünün azalmasını və koronavirusa yoluxma hallarının yüksək olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm