ŞOK İDDİA: Özbəkistanda ABŞ hərbi qüvvələri yerləşdirilə bilər
Bizi izləyin

ABŞ

ŞOK İDDİA: Özbəkistanda ABŞ hərbi qüvvələri yerləşdirilə bilər

Pentaqon rəsmiləri bu ay ABŞ-ın anti-terror qüvvələrinin Özbəkistanda yerləşdirilməsinin mümkünlüyünü müzakirə edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Politico"ABŞ ordusunun planları ilə tanış olan konqresdəki mənbələrə istinadla məlumat yayıb.

"Gündəmin başında "üfüqdə" antiterror qüvvələrinin yerləşdirilməsi olacaq. Belə bir razılaşma ABŞ ordusunun Əfqanıstandakı hədəfləri daha yaxşı müşahidə etməsinə və vurmasına imkan verəcək", - mənbə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Co Bayden administrasiyası Əfqanıstanla həmsərhəd olan ölkələrlə bu cür razılaşmaları müzakirə etmək istədiyini açıqlayıb. Lakin konkret nəticələr barədə heç bir məlumat verilməyib. Birləşmiş Ştatlar Əfqanıstanda 20 illik mövcudluğundan sonra avqust ayında bu ölkədə qoşunlarını çıxardı.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm