Bayden Papa Fransisklə görüşəcək
Bizi izləyin

ABŞ

Bayden Papa Fransisklə görüşəcək

ABŞ Prezidenti Co Bayden G20 Liderlərinin İtaliyadakı Sammitindən əvvəl Roma Katolik Kilsəsinin başçısı Papa Fransisklə görüşəcək.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bildirilir ki, ABŞ Prezidenti C.Bayden oktyabrın 30-31-də İtaliyada keçiriləcək G20 Liderlərinin Sammitində iştirak edəcək. Açıqlamada C.Bayden və xanımı Jill Baydenin oktyabrın 29-da Vatikanda Katolik Kilsəsinin başçısı Papa Fransisklə görüşəcəyi, COVID-19 ilə mübarizə, iqlim dəyişikliyi və insan ləyaqətinə hörmət kimi mövzuların müzakirə olunacağı qeyd olunub.

Qeyd edək ki, C.Bayden keçmiş Prezident Con Kennedidən sonra ABŞ-ın ikinci Katolik Prezidentidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm