Tramp şəxsi media qrupunu və sosial şəbəkəsini YARATDI
Bizi izləyin

ABŞ

Tramp şəxsi media qrupunu və sosial şəbəkəsini YARATDI

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, "TRUTH social" adlı yeni sosial şəbəkənin inkişafına rəhbərlik edəcək "Trump Media & Technology Group" (TMTG) adlı şirkətin yaradıldığını elan edib.

Publika.az xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə deyilir.

"TMGT-nin missiyası liberal media konsorsiyumuna rəqib yaratmaq və Amerikanın müxalif səslərini susdurmaq üçün inhisar gücündən istifadə edən Silikon Vadisi texnologiya şirkətləri ilə mübarizə aparmaqdır. TMGT tezliklə "TRUTH social" şəbəkəsini işə salacaq", - mesajda deyilir.

TMGT NASDAQ elektron birjasında olan "Digital World Acquisition Group" ilə birləşərək ictimaiyyətə açıqlanacaq. Öz növbəsində, sosial şəbəkə tətbiqi "App Store"da əvvəlcədən sifariş üçün mövcuddur. Beta testinin bu ilin noyabr ayında başlayacağı gözlənilir. Tətbiqin istifadəyə verilməsi 2022-ci ilin birinci rübündə planlaşdırılır.

"Texnika nəhənglərinin istibdadına qarşı mübarizə aparmaq üçün "TRUTH Social" və TMGT yaratdım. Talibanın Twitter-də olduğu və sevdiyiniz Amerika prezidentinin susdurulduğu bir dünyada yaşayırıq. Yeni media qrupunun əsas missiyasının hər kəsə səs azadlı verməkdir", sabiq prezident bildirib.

Xatırladaq ki, prezidentliyinin son həftələrində Trampın "Twitter", "Facebook" və "Instagram"da yazmaq imkanı əlindən alınıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm