• USD 1,7000 0,00% EUR 1,9208 -0,23%
    • GBP 2,2592 -0,02% RUB 0,0230 +0,43%

"Facebook" Ukrayna vətəndaşını İTTİHAM EDİR

  • ABŞ
  • 23 Oktyabr 2021 02:12
"Facebook" Ukrayna vətəndaşını İTTİHAM EDİR

Amerikanın "Facebook" şirkəti Ukrayna sakinini eyniadlı sosial şəbəkənin 178 milyon istifadəçisinin şəxsi məlumatlarını oğurlamaqda ittiham edərək məhkəməyə verib.

Publika.az xəbər verir ki, müvafiq iddia cümə axşamı Kaliforniyanın Şimal dairəsi üzrə məhkəmənin elektron məlumat bazasında təqdim edilib.

"Facebook" nümayəndələri iddia edirlər ki, 2018-ci ilin yanvarından 2019-cu ilin sentyabrına qədər olan müddətdə Solomame təxəllüsü ilə tanınan Aleksandr Solonçenko sosial şəbəkənin 178 milyon istifadəçisinin hesablarının identifikasiya məlumatlarına və telefon nömrələrinə çıxış əldə edib.

Sənəddə göstərildiyi kimi, bunun üçün "Messenger" proqramı vasitəsilə istifadəçilərə avtomatik olaraq sorğu göndərən xüsusi proqramdan istifadə edib.

Prokurorluqdan bildirilib ki, Solonçenk 2021-ci ilin may ayında oğurlanmış məlumatları ixtisaslaşmış bir onlayn forumda satdlb.

Bundan əvvəl, onun portalda Ukrayna "Privatbank" və 10 milyon fransız analitik şirkətinin istifadəçilərinin məlumatlarını da yerləşdirdiyi iddia olunur.

"Solonçenko xidmət şərtlərini və platforma qaydalarını pozaraq hərəkət etdi", - iddiada deyilir.

"Facebook" rəhbərliyi məhkəmədən Solonçenkonun vurduğu ziyanı ödəməyi və şirkətin xidmətlərindən istifadəsini qadağan etməsini gözləyir.

Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR