Edam cəzasına saatlar qalmış QƏRAR DƏYİŞDİRİLDİ
Bizi izləyin

ABŞ

Edam cəzasına saatlar qalmış QƏRAR DƏYİŞDİRİLDİ

ABŞ-ın Oklahoma ştatında ağır cinayət törətməkdə təqsirli bilinən Culius Cons barədə ölüm hökmünün icrasına saatlar qalmış qərar dəyişdirilib.

Publlika.az "Sözcü"yə istinadla xəbər verir ki, 1999-cu ildə qətl törətməkdə təqsirli bilinən Julius Consun edam cəzası bu günə planlaşdırılırmış. Onun cəzası Oklahoma qubernatoru Kevin Stitt tərəfindən dəyişdirilib.

41 yaşlı Consun edamı yerli vaxtla saat 16:00-da həyata keçirilməli idi. Oklahoma həbsxanasında saxlanılan Consun ölüm hökmü yerli vaxtla saat 13:20-də Qubernator Stittin verdiyi fərmanla ömürlük həbs cəzasına dəyişdirilib.

Belə ki, onun əfv edilməsi üçün ciddi kampaniyalar aparılıb. Consun əslində irqçiliyin qurbanı olduğu qeyd edilib. Məşhurların da qoşulduğu kampaniyalar zamanı onun əfv edilməsi üçün 6 milyon imza toplanaraq Kevin Stittə təqdim edilib.

Ömrünün yarıdan çoxunu həbsxanada keçirən Cons 1999-cu ildə Oklahoma ştatının Edmond şəhərində 45 yaşlı Paul Hauelin qətlində təqsirli bilinib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm