Yola dollar səpildi, nəqliyyatın hərəkəti İFLİC OLDU
Bizi izləyin

ABŞ

Yola dollar səpildi, nəqliyyatın hərəkəti İFLİC OLDU

Dövlət qurumuna məxsus zirehli avtomobildən şoseyə düşən dollarla dolu çantalar nəqliyyatın hərəkətini iflic edib.

Publika.az xəbər verir ki, hadisə ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində baş verib

Bildirilib ki, insanlar dollar toplamaq üçün maşınlarından düşüblər. Təxminən iki saat bağlı qalan yolda baş verənlər sosial mediada gündəm olub.

Federal Əmanətlərin Sığortalanması Korporasiyasına məxsus zirehli avtomobilin qapısı cümə günü səhər saat 9:15 radələrində Dövlətlərarası 5-də hərəkət edərkən açılıb. Nəticədə çantalar yola düşüb və dağılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm