Ağ Evdən KRİTİK AÇIQLAMA: Bayden Putinə "barmaq silkələməyəcək", lakin...
Bizi izləyin

ABŞ

Ağ Evdən KRİTİK AÇIQLAMA: Bayden Putinə "barmaq silkələməyəcək", lakin...

"ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə "barmağını silkələməyəcək", lakin ABŞ-ın Rusiyanı cilovlamağa hazır olması və onunla işlək şəkildə diplomatiya aparması barədə danışacaq".

Publika.az xəbər verir ki, yerli KİV-ə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi deyib.

"Prezident bu söhbəti Putinlə əvvəlki müzakirələrdə olduğu üslubda aparacaq - peşəkar, səmimi, birbaşa, heç bir ritorik çıxışa yol vermədən və barmağını tərpətmədən ABŞ-ın hansı hərəkətləri etdiyini açıqlayacaq. O, mühafizəyə və diplomatiyaya hazırdır", - Ağ Ev rəsmisi deyib.

Putin və Bayden arasında danışıqlar çərşənbə axşamı baş tutacaq. Tərəflər ikitərəfli münasibətlərdən tutmuş beynəlxalq problemlərə qədər geniş mövzuları müzakirə edəcəklər.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm