ABŞ Senatı İsveç və Finlandiyanın NATO-ya daxil olmasını təsdiqlədi
Bizi izləyin

ABŞ

ABŞ Senatı İsveç və Finlandiyanın NATO-ya daxil olmasını təsdiqlədi

ABŞ Konqresinin Senatı İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolların ratifikasiyası haqqında qətnamə qəbul edib. Səsvermə hələ də davam edir, lakin sənəd artıq təsdiqlənmək üçün lazımi sayda səs toplayıb.

Piublika.az xəbər verir ki, ABŞ-da ratifikasiya prosedurunu prezident həyata keçirir, lakin Senat ona razılıq verir.

Beləliklə, prezident Co Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı sənədləri imzalamalı və bu sənədləri alyansın rəhbərliyinə göndərməli olacaq.

Hazırda iki Skandinaviya dövlətinin NATO-ya daxil olması alyansı təşkil edən 30 ölkədən 20-dən çoxu tərəfindən ratifikasiya olunub. Blokun qaydalarına görə, artıq NATO-nun üzvü olan bütün ölkələr bunu etməlidir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm