ABŞ Ukraynaya 4,5 milyard dollar əlavə DƏSTƏK VERƏCƏK
Bizi izləyin

ABŞ

ABŞ Ukraynaya 4,5 milyard dollar əlavə DƏSTƏK VERƏCƏK

Amerika Birləşmiş Ştatları (ABŞ) Ukrayna hökumətinə 2022-ci ilin fevralından etibarən ümumi büdcə dəstəyini 8,5 milyard dollara çatdırmaq üçün əlavə 4,5 milyard dollar verəcək.

Bu barədə Publika.az "Reuters"ə istinadla xəbər verir.

Bildirilir ki, maliyyələşmə artıq Dünya Bankı vasitəsilə ABŞ Maliyyə Nazirliyi ilə razılaşdırılıb. Beynəlxalq İnkişaf Agentliyinin (USAID) məlumatına görə, 3 milyard dollarlıq ilk tranş avqustda olacaq.

USAİD-in məlumatına görə, bundan əvvəl iyulda Ukraynaya 1,7 milyard dollar, iyunda isə 1,3 milyard dollarlıq tranş köçürülüb.

Vəsaitlər Ukrayna hökumətinə əhaliyə, əlil uşaqlara və milyonlarla məcburi köçkünə sosial və maliyyə yardımı daxil olmaqla, əsas funksiyalarını qoruyub saxlamağa kömək etmək üçün nəzərdə tutulub.

Bundan əlavə, büdcə dəstəyi xəstəxanaları, məktəbləri və digər mühüm infrastruktur obyektlərini enerji ilə təmin edəcək, həmçinin həkimlərə, müəllimlərə və digər dövlət işçilərinə maaşla təmin edəcək.

Ukrayna tərəfi hesab edir ki, ölkə müharibə xərcləri və vergilərin azaldılması səbəbindən ayda 5 milyard dollar və ya müharibədən əvvəlki ÜDM-in 2,5%-i həcmində büdcə kəsiri ilə üzləşib.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Ukraynaya 1 milyard dollarlıq hərbi yardım hazırladığı bildirilirdi. Onun yeni paketə daxil ediləcəyi bildirilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm