Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzaladı
Bizi izləyin

ABŞ

Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzaladı

ABŞ Prezidenti Co Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzalayıb.

Publika.az xəbər verir ki, Amerika lideri sənədləri Ağ Evdə keçirilən mərasimdə imzalayıb.

Bayden digər NATO üzvlərini mümkün qədər tez İsveç və Finlandiyanın hərbi bloka daxil olmasını təsdiqləməyə çağırıb.

Xatırladaq ki, avqustun 4-də ABŞ Konqresinin Senatı İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolların ratifikasiyası haqqında qətnamə qəbul edib. Bayden bu qərarı alqışlayıb, sənədlərin imzalanmasını gözlədiyini qeyd edib, çünki İsveç və Finlandiya "tarixin ən böyük müdafiə ittifaqı sıralarında son dərəcə döyüşə hazır silahlı qüvvələrə malik" güclü demokratiyalardır.

İyun ayında NATO ölkələri rəsmi olaraq Finlandiya və İsveçə alyansa qoşulmaq üçün dəvət göndəriblər. Hərbi bloka daxil olmaq üçün ona daxil olan bütün dövlətlərin razılığı lazımdır.

Ankarada Stokholm və Helsinkinin daxil olmasına qarşı çıxıb və bildiriblər ki, bu ölkələr Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasını dəstəkləyir. Üçtərəfli danışıqlar zamanı məsələ həll olunub.

Ölkələr razılığa gəliblər ki, onun müddəalarının həyata keçirilməsi Finlandiya və İsveçin Türkiyənin səsini almasına və NATO-ya daxil olmasına imkan verəcək. İsveç hələlik Türkiyəyə ekstradisiya üçün yalnız on partiya üzvünün siyahısını hazırlayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm