Bayden Atlantik okeanında bu adaya tətilə getdi
Bizi izləyin

ABŞ

Bayden Atlantik okeanında bu adaya tətilə getdi

ABŞ prezidenti Co Bayden ailə üzvləri ilə birlikdə ən azı yeddi günlük tətilə başlamaq üçün Cənubi Karolinaya uçub.

Bu barədə Publika.az "The Washington Post"a istinadla xəbər verir.

Ağ Ev rəhbəri ştata aid olan, Atlantik okeanında yerləşən və şəxsi çimərlikləri və qolf meydançaları ilə məşhur olan Kiauah adasında dincəlməyə hazırlaşır.

Qeyd edilib ki, Bayden administrasiyası hələlik dövlət başçısının məzuniyyətinin başlanmasını rəsmən təsdiqləməyib, lakin prezidentin növbəti 7 gün üçün proqramında heç bir tədbir yoxdur. Eyni zamanda Amerika lideri birinci xanım Cil Bayden, oğlu Hunter, gəlini Melissa Koen və nəvəsi Bo ilə birlikdə Vaşinqtondan uçub.

Yay tətili Amerika prezidentləri üçün bir növ ənənədir, baxmayaraq ki, Ağ Ev faktiki olaraq dövlət başçısının hazırda vəzifəsindən azad edilmədiyini, müşavirləri ilə gündəlik brifinqlərdə iştirakını davam etdirdiyini iddia edir.

Məsələn, ABŞ-ın iki əvvəlki lideri - Barak Obama və Donald Tramp bu vaxtdan tez-tez qolf oynamaq üçün istifadə edirdilər,

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm