Salman Rüşdini bıçaqlayan şəxs HƏBS EDİLDİ
Bizi izləyin

ABŞ

Salman Rüşdini bıçaqlayan şəxs HƏBS EDİLDİ

Avqustun 13-də Nyu-York ştatında yazıçı Salman Rüşdinin bıçaqlanmasında şübhəli bilinən Hadi Matar, adam öldürməyə cəhddə ittiham olunaraq, həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Çatokua rayonunun prokuroru Ceyson Şmidt məlumat verib.

Nəzarət qurumunun rəhbəri bildirib ki, şəxs ikinci dərəcəli adam öldürməyə cəhddə ittiham olunub.

Daha əvvəl məlum olub ki, 75 yaşlı amerikalını bıçaqla yaralayan təcavüzkar çox güman ki , SEPAH-a rəğbət bəsləyib. Onun Hizbullah terror təşkilatı komandirinin adına saxta sürücülük vəsiqəsi olduğu müəyyən edilib.

Salman Rüşdi çıxışı zamanı hücuma məruz qalıb. Yazıçı təcili əməliyyat olunub və süni nəfəs aparatına qoşulub. Həkimlər qurbanın gözünü xilas etməyə çalışırlar, həmçinin əlin sinirlərində kəsik, qaraciyərin zədələnməsi, boyun və qarın nahiyəsində yaralar var.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm