Bayden növbəti prezident seçkilərində namizəd olmayacaq?
Bizi izləyin

ABŞ

Bayden növbəti prezident seçkilərində namizəd olmayacaq?

ABŞ Prezidenti Co Bayden növbəti müddətə prezident seçkilərində çətin ki, namizəd olsun.

Publika.az xəbər verir ki, bu fikri Lenta.ru-ya açıqlamasında amerikalı politoloq Mixail Sinelnikov-Orişak deyib.

O, bu cür fikirləri bir qədər şübhəli adlandırıb, həmçinin ABŞ-ın Baydenin yeni namizədliyinə necə reaksiya verəcəyini bildirib: “Bu, onun üçün səhv olardı. Bayden ilk müddətə namizədliyini elan edərkən bir müddət prezident olmasını şərtləndirdi. İndi bütün bunlar unudulub, amma ikinci müddətə namizədliyini açıqlayan kimi o, mütləq xatırlanacaq. Ən başlanğıcda o, artıq çox şey itirəcək. Üstəlik, hələ çox vaxt var. Mənə elə gəlir ki, Baydenin seçkilərə gedəcəyi ilə bağlı proqnozlar şübhəlidir”, – politoloq bildirib.

Onun sözlərinə görə, Demokrat Partiyası üçün Bayden hazırda dövlət başçısı postuna yeganə mümkün namizəd deyil: "Bir çox fərqli iddiaçı var, biz hələ də onlar arasında maraqlı mübarizə görəcəyik".

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm