Pekinin ƏSƏBLƏRİ GƏRİLİR: ABŞ Tayvana yeni heyət göndərdi
Bizi izləyin

ABŞ

Pekinin ƏSƏBLƏRİ GƏRİLİR: ABŞ Tayvana yeni heyət göndərdi

ABŞ Konqresinin nümayəndə heyəti elan olunmamış iki günlük səfər üçün Tayvana gəlib.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb .

Avqustun 14-də Massaçusetsdən olan demokrat senator Ed Markinin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti Taypeyə gəlib. Nümayəndə heyətinə həmçinin Demokrat Partiyasının nümayəndələri Con Qaramendi, Alan Lovental və Don Beyer, həmçinin Respublikaçıların nümayəndəsi Aumua Amata Koulman Radevagen daxildir.

Tayvan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Markinin rəhbərlik etdiyi qrup Tayvan prezidenti Tsai İnq-ven və xarici işlər naziri Cozef Vu ilə görüşəcək, Tayvan Parlamentinin Təhlükəsizlik və Ticarət üzrə Xarici Əlaqələr və Milli Müdafiə Komitəsi ilə danışıqlar aparacaq.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Çinin təhdidlərinə baxmayaraq, Tayvana səfər edərək, son 25 ildə adaya səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi olub.

ÇXR buna cavab olaraq Tayvan sahillərində hərbi təlimlərə başlayıb. Tayvan səlahiyyətliləri onları simulyasiya edilmiş hücum adlandırıb .

Çin həmçinin ABŞ-la hərbi və iqlim məsələlərində dialoqu kəsib. Çində Pelosi və onun yaxın ailəsinə qarşı sanksiyalar tətbiq edilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm