Ağ Evin Kiyevə göstərdiyi hərbi yardımın həcmi: 10,5 MİLYARD DOLLAR
Bizi izləyin

ABŞ

Ağ Evin Kiyevə göstərdiyi hərbi yardımın həcmi: 10,5 MİLYARD DOLLAR

Ağ Ev administrasiyası prezident Co Baydenin hakimiyyəti dövründə Ukraynaya ümumilikdə 10,6 milyard dollar həcmində silah və hərbi avadanlıq göndərib.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Pentaqonun Kiyevə əlavə olaraq 775 milyon dollarlıq hərbi yardım paketi ayırdığını elan etməsindən sonra bildirib. “Bu paketlə ABŞ-ın hazırkı administrasiyasının işə başladığı vaxtdan bəri təhlükəsizlik sahəsində Ukraynaya ayrılan yardımın ümumu məbləği təxminən 10,6 milyard dollara çatıb”, - Blinken açıqlayıb.

Dövlər katibinin sözlərinə görə, “təhlükəsizlik sahəsində yadım” Kiyevə ABŞ-ın müttəfiqi və tərəfdaşı olan 50-dən çox ölkədən daxil olur.

Xatırladaq ki, Vaşinqtonun təqdim etməyə hazırlaşdığı yeni hərbi yardım paketinə reaktiv yaylım atəşli HIMARS raket sistemləri üçün sursat və 36 min ədəd mərmi, 15 pilotsuz kəşfiyyat aparatı, tank əleyhinə Javelin və TOW raket kompleksləri və s. daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm