ABŞ
ABŞ Rusiyaya görə bu platformaları HƏDƏF ALDI
Amerika Prezidenti Co Baydenin administrasiyası Moskvaya qarşı sanksiyalara əməl olunmasına nəzarəti gücləndirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) adı açıqlanmayan Ağ Ev rəsmilərinə istinadla xəbər verir.
Nəşr bildirib ki, ABŞ hakimiyyəti Rusiya Federasiyasının istifadə edə biləcəyi xarici bankları və kriptovalyuta platformalarını hədəfə almaq niyyətindədir.
WSJ-nin mənbələri bildiriblər ki, məhdudiyyətlərin tətbiqindən sonra növbəti vəzifə Moskvanın idxal və ondan gəlir təmin edən marşrutlarını bağlamaqdır. Buna görə də Vaşinqtonun hədəfləri arasında banklar və kriptovalyuta platformaları var.
Bundan əlavə, Birləşmiş Ştatlar Rusiyadan olan iş adamlarının hesablarının və aktivlərinin müəyyənləşdirilməsini, habelə Rusiya Federasiyasına sanksiyaya məruz qalmış məhsulların ixracı aşkar edilən xarici təşkilatların cəzalandırılmasını davam etdirməyi planlaşdırır.
Hüseyn İbadlı
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır




































