ABŞ-dan ETİRAF: "Ukraynaya qırıcılar verilə bilər, amma..."
Bizi izləyin

ABŞ

ABŞ-dan ETİRAF: "Ukraynaya qırıcılar verilə bilər, amma..."

"Birləşmiş Ştatlar Ukraynaya döyüş təyyarələri göndərə bilər, lakin bu məsələ hələ də araşdırılır".

Publika.az xəbər verir ki, bunu Pentaqonun siyasi məsələlər üzrə rəis müavini Kolin Koul brifinqdə deyib.

"Mən sizə deməyə hazıram ki, qırıcıların təhvil verilməsi hələ də mümkün variantdır, sadəcə olaraq, bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib", - o deyib.

Kol bildirib ki, müəyyən silahların Ukraynaya çatdırılması bir ildən üç ilə qədər vaxt apara bilər. Bu, göndərilməsi planlaşdırılan silahların bir hissəsinin hələ də inkişaf mərhələsində olması ilə bağlıdır.

Avqustun 24-də Kiyevə növbəti hərbi yardım paketinin ayrılması barədə məlumat yayılıb. Ağ Evin məlumatına görə, bu, 2,9 milyard dollara başa gələcək. Yardım çərçivəsində NASAMS zenit-raket kompleksləri, 155 mm-lik NATO çaplı döyüş sursatları və VAMPIRE pilotsuz təyyarələri göndəriləcək.

`

Oxumağa davam et
Reklam
Reklam

Gündəm