Naməlum virus bu ölkədə CAN ALDI
Bizi izləyin

ABŞ

Naməlum virus bu ölkədə CAN ALDI

Argentinanın Tucuman əyalətində naməlum virus səbəbiylə bir nəfər ölüb, daha dörd nəfər xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə bölgənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bütün xəstələrdə ikitərəfli pnevmoniya olduğu qeyd edilir. Digər xəstə isə evdə təcrid olunub.

"Altı xəstədə ikitərəfli pnevmoniya epidemiyası müəyyən etdik. Təəssüf ki, onlardan biri dünən dünyasını dəyişib, etiologiyası hələ müəyyən edilməyib, tibb işçisidir. İki xəstə süni nəfəs aparatında özəl sanatoriyada, iki xəstə dövlət xəstəxanasında süni nəfəs aparatında, vəziyyəti ağır olmayan bir nəfər tibb işçisi isə ev şəraitində profilaktik təcridxanadadır", - nazirlikdən bildirilib.

Tədqiqatlar koronavirus, A və B qripi, hantavirus və bir sıra digər infeksiyalara yoluxmağı istisna edib. Səlahiyyətlilər indi virusun mənşəyini araşdırır və su yollarını və kondisioner emissiyalarını sınaqdan keçirir. Laboratoriya xəstələrin testlərini nəzərdən keçirəcək və nəticələri həftə sonuna qədər elan edəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm