Ana uşaqlarını boğub öldürdü, iy gəlməsin deyə... - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

ABŞ

Ana uşaqlarını boğub öldürdü, iy gəlməsin deyə... - ŞOK TƏFƏRRÜAT

Braziliyada ana öz uşaqlarını öldürərək cəsədlərini bir neçə həftə evdə saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb.

İlkin məlumata görə, 31 yaşlı Eliara Paz Nardes qətldən sonra vəkilinə zəng edərək qətli törətdiyini etiraf edib. Daha sonra polis çarpayıda qadının doqquz yaşlı qızının və üç yaşlı oğlunun cəsədlərini tapıb.

Nardes çürümə iyini gizlətmək üçün onların bədənlərini yorğanla bürüyüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, ana oğlanı yastıqla, qızı isə yaylıqla boğub.

“Dindirilmə zamanı Nardes, tənha olduğunu, çox yorulduğunu, uşaqları maddi və mənəvi cəhətdən böyütməyə imkanının olmadığını bildirib. Uşaqları öldürdükdən sonra o, intihar etmək istəyib”, - deyə polis əlavə edib.

Hazırda qadına qarşı cinayət işi başladılıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm