ABŞ-da jurnalist qətlə yetirildi: Demokrat məmur həbs edildi - FOTO
Bizi izləyin

ABŞ

ABŞ-da jurnalist qətlə yetirildi: Demokrat məmur həbs edildi - FOTO

Reportyor Ceff Qermanın qətlində şübhəli bilinən Nevada ştatının Klark dairəsinin administratoru Robert Telles polis tərəfindən saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə "Assoşieyted Press" agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Las-Veqas polisinin əməkdaşları 45 yaşlı jurnalistin cəsədini sentyabrın 3-də 911 xidmətinə daxil olan telefon zəngindən sonra evinin astanasında çoxsaylı bıçaq yaraları ilə aşkar ediblər.

Məmurun həbsi şəhər polisinin ictimaiyyətə bu işlə bağlı şübhəli bilinənin şəxsiyyətinin müəyyən edilməsində yardımla bağı müraciətindən sonra baş verib. Bu zaman qətldə istifadəsi güman edilən avtomobilin təsviri dərc olunub.

Reportyor Ceff Qerman hökumətin bir sıra cinayət əməlləri, eləcə də siyasi qalmaqallarla bağlı araşdırmaları ilə tanınırdı.

Çoxillik jurnalist fəaliyyəti dövründə Qerman mafiya tərəfindən dəfələrlə təhdid edilib, bir dəfə isə möhkəm döyülüb.

Həbs edilən Telles də Qemandan narazı olub, çünki o, dövlət administratorunun ofisində qorxu və məməm-mənəmlik atmosferinin mövcud olmasından, habelə məmurun öz tabeçiliyindəkilərə qarşı yolverilməz münasibətindən yazmışdı.

Məhz Qermanın kəskin tənqidi məqalələrinə görə Telles iyun ayında keçirilən yerli seçikilərdə uduzub. Polisin qənaətinə görə, bu, cinayətin motivi ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm