Baydendən ŞOK AÇIQLAMA: "Çin liderinə xəbərdarlıq etdim ki..."
Bizi izləyin

ABŞ

Baydendən ŞOK AÇIQLAMA: "Çin liderinə xəbərdarlıq etdim ki..."

ABŞ lideri Co Bayden deyib ki, o, Çin liderini Rusiyaya Qərbin anti-Rusiya sanksiyalarından yan keçməsinə kömək etməməsi barədə şəxsən xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə CBC telekanalına müsahibəsində bildirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 15-də Səmərqənddə ŞƏT sammiti çərçivəsində Çin lideri Si Cinpinlə görüşüb .

Vladimir Putin görüş zamanı bildirib ki, Rusiya “vahid Çin” prinsipinə möhkəm sadiqdir və ABŞ-ın Tayvanda təxribatlarını pisləyir.

Rusiya və Çin liderlərinin görüşündən sonra Amerika mediası Putin və Si Cinpinin dünya səhnəsində vahid cəbhə ilə bağlı bəyanatının ABŞ-ı qorxuya saldığını yazıb. Ağ Ev Moskva və Pekin arasında əlaqələrin dərinləşməsindən narahatlığını ifadə edib.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre ŞƏT sammitində Putin və Si Cinpin arasında baş tutan görüşü Moskva ilə Pekin arasında yaxınlaşmanın nümunəsi adlandırıb.

Sentyabrın 18-də Rusiya lideri Vladimir Putinin sözçüsü deyib ki, ikinci dərəcəli sanksiyalar təhlükəsi Moskva və Pekin münasibətlərinə öz mənfi təsirini göstərir, lakin böyük təsir göstərə bilməz.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm