Çindən ABŞ-a ŞƏRT: Münasibətləri normallaşdırmaq üçün...
Bizi izləyin

ABŞ

Çindən ABŞ-a ŞƏRT: Münasibətləri normallaşdırmaq üçün...

Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penqyu bildirib ki, ABŞ hakimiyyəti Çinlə münasibətləri pozmamaq üçün “vahid Çin” prinsipinə əməl etməlidir.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Belə ki, Liu Penqyu ABŞ prezidenti Co Baydenin Çindən mümkün "işğal" olacağı təqdirdə ABŞ Silahlı Qüvvələrinin Tayvanı müdafiə etməyə hazır olması barədə sözlərini şərh edib.

“Çin Amerika tərəfinin bəyanatlarından dərin narazılığını və kəskin şəkildə razılaşmadığını bildirir. Amerika lideri bir neçə dəfə belə bəyanatlar verib və hər dəfə də ABŞ administrasiyası Tayvanla bağlı siyasətində heç bir dəyişiklik olmadığına aydınlıq gətirib. Onun siyasətinin dəyişib-dəyişmədiyi bütün dünyaya bəllidir”, - diplomat bildirib.

Səfirliyin sözçüsü əlavə edib ki, “heç kim Çin xalqının milli suverenliyi müdafiə etmək üçün güclü əzmini, qətiyyətini və qabiliyyətini qiymətləndirməməlidir”. Xüsusilə o, ABŞ-ın Tayvan məsələsinə ayıq baxacağını və “1,4 milyard çinliyə” qarşı çıxmayacağını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm