ABŞ səmasındakı "sirli" obyekt insanları QORXUTDU
Bizi izləyin

ABŞ

ABŞ səmasındakı "sirli" obyekt insanları QORXUTDU

ABŞ-ın paytaxtı Vaşinqtonda, eləcə də Merilend və Virciniya ştatlarının səmasında peyda olan "sirli" səma cismi maraq doğurub.

Publika.az xəbər verir ki, hətta bəzi insanlar bu "sirli" obyektin səsindən və görüntüsündən qorxuya düşüblər.

Əyalətlərdə ajiotaj yaradan bu "obyekt"in nə olması sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Obyektin görüntülərini sosial media platformalarında paylaşan adamlar üçün bunun nə olduğu şübhə altında qalıb.

Məlum olub ki, ABŞ-ın paytaxtı Vaşinqtonda və ətraf ştatlarda görünən "sirli" obyekt "Space X" tərəfindən buraxılan "Falcon 9" raketidir.

Onun Floridadakı aerokosmik bazadan buraxılan və “Starlink” peyklərini daşıyan "Falcon 9" raketi olduğu açıqlanıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm