Ekspert: Bu ruslar FSB-yə işləməyə məcbur olacaqlar
Bizi izləyin

ABŞ

Ekspert: Bu ruslar FSB-yə işləməyə məcbur olacaqlar

“Gürcüstan hökumətinin bu nəzarətsizliyi Rusiyanın təcavüzü təhlükəsini yaradır”.

Publika.az xəbər verir ki, bunu gürcü politoloq, ekspert Gia Xuxaşvili deyib.

O, son günlər rusların Gürcüstana kütləvi axınını şərh edərkən bildirib ki, rusların Gürcüstana axını ilə əlaqədar durum heç də ürəkaçan deyil.

Ekspertin sözlərinə görə, Gürcüstana gələn rusların davranışı əsasında Rusiyanın öz maraqları üçün istifadə etməyə çalışacağı da istisna edilmir.

Politoloq deyib ki, Rusiyadan qaçaraq Gürcüstana gələnlərin hamısı FSB-nin (Rusiyanın Federal Təhlükəsizlik Xidməti - Red.) agenti deyil, amma onunla əməkdaşlıq etməyə məcbur olacaqlar:

"Bu adamların bəziləri birbaşa agentliklərdir, bəziləri isə əsl qaçqınlardır, amma müharibəyə görə Rusiyadan qaçanlar nə vaxtsa Gürcüstanda öz məqsədləri üçün çox asan idarə olunacaqlar. Artıq mənə çoxlu belə faktlar dedilər, kafe, restoran, mağazalara gedir, bu qaçaqlarla danışırlar ki, bizə işləyəcəksən. Onlara konkret şərlət qoyulur - ya bizdə işləyəcəksən, yoxsa Rusiyada gec-tez qayıdıb fərarilik problemi yaşayacaqsan və s. Əslində, 2-3 aya bu qaçmış adamlardan çox geniş, sistemli facebook agentlikləri şəbəkəsi alacağıq, çünki onlar öz vətənlərinə qayıtmağa məcbur olacaqlar. Əgər onlar öz tapşırıqlarını yerinə yetirməsələr, geri qayıda bilməyəcəklər – bunu bilirlər”, - deyə Gia Xuxaşvili "Mtavari"nin efirində deyib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm